Yığmamız "pley-off"a vəsiqə qazandı

10:42 22 Mart 2015

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində millimizin çıxış etdiyi IV qrupun son turunun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, yığmamızın Ukrayna ilə keçirdiyi qarşılaşmadan sonra qrup birincisinin kimliyi bəlli olmalı idi.

 

Əvvəlcə Sərhədçi İdman Olimpiya Mərkəzində Danimarka və Belçika komandaları üz-üzə gəliblər və ikincilər qələbə qazanıb. Ardınca isə qrupun ən çox gözlənilən Azərbaycan - Ukrayna qarşılaşması baş tutub. Hər iki komanda ilk iki turdan sonra 6 xal toplamışdı. Top fərqinə görə turnir cədvəlinin ilk pilləsində qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə adlamaq üçün heç-heçə də bəs edirdi.

 

Lakin yığmamız rəqibinə 2:3 hesabı ilə uduzaraq, qrupu ikinci pillədə tamamlayıb. Bu isə o deməkdi ki, komandamız sentyabrda digər qrupların ikincilərindən biri ilə "pley-off" oyunu keçirəcək. Ukrayna millisi isə maksimum nəticə ilə Avropa çempionatına birbaşa vəsiqə qazanıb.

 

Qeyd edək ki, yığmamız əvvəlki görüşlərdə Belçikanı 3:1, Danimarkanı isə 11:2 hesablı məğlubiyyətə uğradıb.

 

 

AVRO-2016-nın əsas seçmə mərhələsi

IV qrup

21 mart

 

Danimarka - Belçika - 3:5

Qollar: Veis, 17, 36; Falk, 39 - Kanaris, 1; Sababti, 5, 8; Rahu, 25; Çaibai, 29

 

Azərbaycan - Ukrayna - 2:3

Qollar: Eduardo, 31; Rafael, 40 - Bilotservikets, 5; Sorokin, 27; İvanyak, 33

 

 

1. Ukrayna      3        3        0        0        17-6    9

2. Azərbaycan 3        2        0        1        16-6    6

3. Belçika        3        1        0        2        8-15    3

4. Danimarka  3        0        0        3        7-21    0

 

 


Digər xəbərlər

Xəbər xətti