Tino Peres: "Dirəklər rəqibi xilas etdi"

10:50 22 Mart 2015

"Ağır oyun oldu. Rəqibin qapıçısı da gözəl oyun sərgilədi".

 

 

 Sportarena.az xəbər veirir ki, bu sözləri futzal üzrə yığma komandamızın baş məşqçisi Tino Peres deyib.

 

Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində qrupun son matçında Ukraynaya məğlub olan millimiz "pley-off"da iştirak etmək hüququ qazanıb. Tino Peres bunu təcrübəsizliklə əlaqələndirib: "İlk hissədə qayda pozuntuları çox oldu. Dirəklər də rəqibi xilas etdi. Fərqi azaltdıqdan sonra topa nəzarət etməyə məcbur idik, ona görə də 5 nəfərlə oynadıq. 4 nəfərlə çıxış edəndə onlar bizdən güclü idi. Təəssüf ki, top dirəyə dəydikdən sonra qapıya yox, kənara çıxdı. Geridə qalan 3 oyunu təhlil etsək, görərik ki, biz bir az təcrübəsiz idik. Milli komandanın bünövrəsi indi qurulur, bu səbəbdən də bir az çətinliyimiz olacaq".

 

Qeyd edək ki, yığmamız Belçika və Danimarkaya qalib gəlsə də, həlledici görüşdə Ukraynaya uduzaraq, qrup ikincisi kimi "pley-off"a vəsiqə qazanıb.

 


Xəbər xətti