Millimizi serblər də darmadağın etdi

18:20 22 Mart 2015

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun son oyunları keçiriləcək.

 

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmaları Bakıda keçirilən qrupun 3-cü turunun oyunları eyni vaxtda baş tutacaq.

 

Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə əsas iddiaçılar Xorvatiya ilə Portuqaliya qrup qalibi adı uğrunda mübarizə aparacaq  Hər iki qarşılaşmada böyük hesabla uduzan Azərbaycan millisi isə Serbiyanı sınağa çəkəcək. Qrupda qalacağı rəsmiləşən Mirbağır İsayevin yetirmələri son sınağında rəqibinin nəzəri şanslarını alt-üst etməyə çalışacaq.

 

Avropa çempionatının elit-raundu

II qrup

III tur

22 mart

Azərbaycan – Serbiya 0:4

Qol: Tadoroviç - 20; Stanisavliyeviç - 28; Mehmedoviç - 46; Panoviç - 77

Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), İoannis Lazardu, Dimitrios Massias (hər ikisi Kipr)

Bakı. “Bakcell Arena”


Digər xəbərlər

Xəbər xətti