Ançelotti: "Barselona" bizdən daha yaxşı..."

18:03 22 Mart 2015

Real"ın baş məşqçisi Karlo Ançelotti bu gecə "Barselona" ilə keçirəcəkləri oyundan əvvəl açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, italyan çalışdırıcı çətin bir oyuna çıxacaqlarını bildirib: "Favorit olub-olmamaq bir komandanın keçirdiyi dövrə bağlı deyil. "Barselona" bizdən daha yaxşı dövr keçirir. Çətin bir oyuna çıxacağıq. "Barselona" üçün də, bizim üçün də çətin oyundu. Özümüzə güvənirik. Qələbə qazansaq, yenidən lider olacağıq".

 

Ançelotti bildirib ki, "Nou Kamp"a ancaq qələbə üçün çıxacaqlar: "Öz oyunumuzu rəqibə qəbul etdirmək üçün xarakterimizi və komanda ruhumuzu ortaya qoymalıyıq. Hər mənada ən yaxşı oyunumuzu oynamalıyıq".

 

Baş məşqçi "el-klasiko"nun nəticəsinin onun "Real"dakı gələcəyinə təsir etməyəcəyini bildirib: "Bu, hamı üçün önəmli matçdı. Çünki rəqib "Barselona"dı. Bu oyunun nəticəsinin "Real"da qalıb-qalmayacağıma təsir edəcəyini sanmıram".

 

 


Xəbər xətti