"Neftçi" "Qaradağ Lökbatan"la bacarmadı

15:50 23 Mart 2015

Milli komandamızın Malta ilə qarşılaşması ilə əlaqədar Premyer Liqada yaranan fasilədən “Neftçi” yoldaşlıq oyununda qüvvəsini sınamaqla istifadə edib.

 

Klubdan Sportarena.az saytına verilən məlumata görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 1-ci Dvizion klubu “Qaradağ Lökbatan”la qarşılaşan paytaxtlılar qollu sülhə razılaşıb. Görüşdə “Neftçi”dən Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib – 1:1.

 

 


Xəbər xətti