"Beşiktaş"ın qapıçısı üçün mövsüm bitdi

22:19 23 Mart 2015

"Beşiktaş" ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə superliqasının 25-ci turunda "Fənərbaxça"ya qarşı matçda zədələnən Tolqa Zəngin bu gün tibbi müayinədən keçib. Zədəsinin ciddi olduğu müəyyənləşən 31 yaşlı qolkiperin bu mövsümü başa vurduğu bildirilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 


Xəbər xətti