Cəmşid Məhərrəmov oynadı, komandası məğlub oldu

00:42 24 Mart 2015

Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Altınordu" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cəmşid sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Adanaspor" hazırda 28 xalla 14-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti