AFFA baş məşqçiyə 11 oyunluq cəza kəsdi

14:25 24 Mart 2015

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

 

I Divizionun XX turunun “Şuşa Qarabağ” – “Şəmkir” matçının  89-cu dəqiqəsində “Şuşa Qarabağ” klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 100 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanır, klub 2000 manat cərimə olunur. Bu hal ikinci dəfə təkrar olunduğuna görə Nadir Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.

I Divizionun XX turunun “Neftçala” – “Göyəzən” matçının 72-ci dəqiqəsində “Göyəzən” klubunun 72 №-li futbolçusu Babək Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti