İtaliyalı və norveçli "casuslar" Bakıya gəlir

18:38 24 Mart 2015

"Avro-2016"nın seçmə mərhələsində martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununu millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Norveç yığmalarının nümayəndələri də izləyəcək. 

 

Sportarena.az xəbər verir ki, millimizin oyununu izləmək üçün İtaliyadan Françeska Rokka, Norveçdən isə Rudi Petter Bakıya gələcək.

 


Xəbər xətti