Azərbaycan - Malta matçı türkiyəli hakimlər briqadasına tapşırıldı

14:49 25 Mart 2015

Martın 28-də Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçı üçün hakimlər açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, oyun Halis Özkahyanın rəhbərlik etdiyi türkiyəli hakimlər briqadasına həvalə olunub.

Cem Satman və Əkrəm Kan yan xətt, Mete Kalkavan və Tolqa Özkalfa əlavə köməkçi, Kemal Yılmaz isə ehtiyat hakim qismində görüşə təyinat alıb.

Polşalı Pavel Cikanovski UEFA nümayəndəsi, italiyalı Kosimo Bolonyino isə hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq.

 


Digər xəbərlər

Xəbər xətti