Berti Foqts millimizin rekordçuları siyahısında

11:16 26 Mart 2015

Avropa ölkələrinin millilərində uzun müddət çalışan baş məşqçilərin siyahısı açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, saytının məlumatına görə, UEFA-nın dərc etdiyi siyahıda eyni millidə ən azı 10 il çalışan mütəxəssislər yer alıb.

 

Azərbaycan yığmasının rekordçusu Berti Foqts postunda 6 il yarım duruş gətirdiyindən millimiz siyahıda təmsil olunmayıb. Avropanın rekordçusu isə italiyalı Vittorio Pottsodu. O, 19 il (1929-48) ölkəsinin millisinə başçılıq edib.

 

Avstriyalı Huqo Meysl isə 18 il (1919-37) iş başında olub. Pol Filippin Lüksemburq yığmasındakı fəaliyyəti isə 16 il davam edib – 1985-2001.

 

Ümumilikdə isə siyahıda 19 çalışdırıcı yer alıb. Onlar arasında 5-ci olan Morten Olsen hələ də Danimarka yığamsına başçılıq edir. O, 2000-ci ildən bu postdadı.

 


Digər xəbərlər

Xəbər xətti