ÖZƏL: "Ayntraxt" millimizin oyunçusunu tranfer etmək üzrədir

12:35 26 Mart 2015

Daha öncə xəbər verdiyimiz kimi “Bakı” klubunun və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin gənc futbolçusu Mahir Mədətov Almaniyanın “Ayntraxt” klubunun maraq dairəsinə düşmüşdü.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə,  U-19 millimizin Almaniya toplanışı zamanı Mədətovu izləyən klub nümayəndələri onun oyunundan razı qalıblar. Millimizin Avropa Çempionatının elit-raundundakı oyunlarda çıxışı zamanı futbolçunun oyunu bir daha diqqətdə saxlanılacaq və oyunlar bitdikdən sonra yekun qərar veriləcək.

 

Qeyd edək ki, Nikolay Adamın yetirmələri ilk oyunda bu gün Fransa, martın 28-də keçiriləcək ikinci oyunda İngiltərə ilə qarşılaşacaqlar. Komandamız sonuncu matçını isə ayın 31-də Danimarkadan olan həmyaşıdlarına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti