ÖZƏL: Fransanın "Lans" klubu "Xəzər Lənkəran"lı futbolçu ilə maraqlanır

14:17 26 Mart 2015

Fransa Liqa 1-də çıxış edən “Lans” klubu “Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərov ilə maraqlanıb.

 

Sportarena.az saytına hal-hazırda Fransada toplanışda olan 19 yaşadək futbolçulardan ibarət milli komandamızda olan etibarlı mənbədən daxil olan məlumata görə, “Lans” nümayəndəsi millimizin məşqçisi Etibar İbrahimova futbolçu ilə maraqlandığını bildirib. Bu gün meydan sahibləri ilə qarşılaşacaq millimizin oyunlarını izləyənlər arasında “Lans” klubunun nümayəndəsi də olacaq.

 

Qeyd edək ki, Cəfərovla daha öncə Rusiyanın Premyer Liqa klubları da maraqlanırdı. “Mordoviya” klubu Cəfərovun atasına konkret təklif də göndərmişdi. 


Xəbər xətti