"Qarabağ" - "İnter" matçının vaxtı dəyişdirildi

16:15 29 Mart 2015

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Premyer Liqanın 27-ci turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib.

 

Sportarena.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.

 


Xəbər xətti