"Qarabağ" Vüqar Nadirov və Maksim Medvedyevlə müqaviləni yeniləyə bilər - AÇIQLAMA

14:54 30 Mart 2015

“Həm Vüqar Nadirov, həm də Maksim Medvedyev uzun illərdir bizim futbolçudur və onlarla müqavilənin yenilənməsi gözənilir”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

 

İbrahimov, bu ilin mayında “Qarabağ” klubu ilə müqaviləsi sona çatacaq hücumçu Vüqar Nadirov və müdafiəçi Maksim Medvedyevin komandada qala biləcəyinə işarə vuraraq – “Hələ ki, dəqiq heç bir məsələ yoxdur. Həm Vüqar Nadirov, həm də Maksim Medvedyev uzun illərdir bizim futbolçudur və onlarla müqavilənin yenilənçəsi gözlənlir”. – deyib.

 

Qeyd edək ki, bir-neçə gün öncə əldə etdiyimiz məlumata görə Vüqar Nadirovla “1+1” üsullu müqavilə imzalanacağı gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti