Elxan Məmmədov: "Çingiz Abdullayev dəyərli yazıçımızdır"

17:28 30 Mart 2015

AFFA-nın baş katibi Elxan Məmmədov "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

 

Sportarena.az "sportnet.az"a istinadən verdiyi məlumata görə, baş katib məsələdən agah olmadığını deyib:

"Mən hazırda "Neftçi"nin rəsmi internet səhifəsinə baxıram və orada istefa ilə bağlı heç nə görmürəm. Rəsmi olmayan bir məsələ ilə bağlı nə deyə bilərəm? Mətbuatın bu xəbərləri haradan aldığını bilmirəm".

Kluba təyin olunacaq yeni prezident yazıçı Çingiz Abdullayev haqda Məmmədov bir cümlə ilə kifayətlənib: "Çingiz Məmmədov bizim dəyərli yazıçımızdır".

 


Xəbər xətti