Hüseynov "Xəzər Lənkəran"dan getməsi ilə bağlı şayələrə aydınlıq gətirdi

00:27 31 Mart 2015

“Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynovun klubdan ayrıla biləcəyi haqqında mətbuatda şayələr yayılıb.

 

Sportarena.az saytına bu barədə açıqlama verən Hüseynov şayələri gülüşlə qarşılayıb: “Mən “Xəzər Lənkəran”dan göndərilmişəm? (gülür). Boş söhbətlərdir. Belə bir məsələ yoxdur. Növbəti yalandır”. – deyə Hüseynov bildirib.

 

Qeyd edək ki, yayılmış şayədə, Hüseynovun dünən Lənkəran klubunda keçirilən toplantı zamanı klubdan göndərildiyi deyilirdi.


Xəbər xətti