Qadınlar idarə etdi, "Xəzər Lənkəran" sülh bağladı

16:38 31 Mart 2015

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında çempionatın 27-ci turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Qadın hakimlər briqadasının idarə etdiyi matçda qollu sülh qeydə alınıb. 4 qolun vurulduğu qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

Qeyd edək ki, hazırda turun son görüşü “Qarabağ” və “İnter” klubları arasında keçirilir.


Digər xəbərlər

Xəbər xətti