RƏSMİ: "Neftçi" MŞ yarandı, Çingiz Abdullayev və Bəhram Bağırzadə "Neftçi"nin Müşahidə Şurasında

17:58 31 Mart 2015

Futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq

 

Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

 

Sportarena.az xəbər verir ki,iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində faəliyyət göstərəcəyini deyib.

 

AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu vurğulayıb.

 

Bildirilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.


Xəbər xətti