Zidan: "Fransa Milli Komadasında baş məşqçi olmaq istərdim"

22:56 31 Mart 2015

“Real Madrid”in B komandası “Kastilla”nın baş məşqçisi olan Zidan Fransa televizyalarından birində Fransa Milli Komandasında baş məşqçi olmaq istədiyini deyib.

 

Sportarena.az xəbər verir ki, “Real Madrid”in gələcək baş məşqçisi kimi düşünülən Zinədəddin Zidan, “Bir gün əlbəttə ki, Fransa Milli Komadasında baş məşqçi olmaq istərdim. Bu həvəsi hər zaman içimdə gəzdirirəm”. – deyib.

 

Zidan, eyni zamanda “Real”ın hazırkı baş məşqçisi Karlo Ançelottidən də çox şey öyrəndiyini bildirərək Fransa Millisində baş məşqçi olması üçün bilgisinin hələ az olduğunu da xüsusi vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti