George Çixradze: "Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki..."

17:26 1 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVII turu “Simurq” üçün uğurlu alındı. George Çixradzenin rəhbərlik etdiyi komanda Zaqatalada AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölşüb:

“Çətin və gərgin oyun alındı. Matçın 1-ci dəqiqəsindən sonuncu dəqiqəsinə qədər hesabın dəyişməsi təhlükəsi vardı. Oyunçularım bu görüşün mahiyyətini dərk edirdilər. Çünki qazanılacaq qələbə bizi turnir cədvəlinin 4-cü pilləsinə yüksəldəcəkdi. Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki, Avropa Liqasına yollanaq”.  
 


Digər xəbərlər

Xəbər xətti