Kamran Ağayevin klubunda böhran: Klub avtobusunu satdı

15:45 2 Aprel 2015

Milli komandamızın futbolçusu Kamran Ağayevin çıxış etdiyi Türkiyənin PPT 1-ci Liqa təmsilçisi “Kayserispor” klubun haqqında qardaş ölkə mətbuatında maraqlı məlumatlar yer alıb.

 

Sportarena.az xəbər verir ki, kluba məxsus avtobus və bir-neçə avtomobili satan rəhbərlik 4 min türk lirəsi məbləğində krdedit götürüb. Klub rəhbərliyi həm də futbolçuların mükafatlarını necə ödəcəyəkləri haqqında fikirləşir. Məlumatda belə deyilir.

 

Qeyd edək ki, “Kayserispor” klubu hazırda çıxış etdiyi liqada 25 turdan sonra 53 xal toplayıb və 1-ci yerin şəriksiz sahibidir.


Xəbər xətti