Erməni idmançı Azərbaycan himnini dinləməkdən imtina edib - VİDEO

18:27 2 Aprel 2015

Azərbaycan sambo ustası Bəxtiyar Abbasovun beynəlxalq turnirdə Ermənistan himni səslənən zaman oturması böyük səs-küyə səbəb olmuşdu

 

Sportarena.az xəbər verir ki, sosial şəbəkələrdə bu səpkidə daha bir video yayılıb. Lakin, bu dəfə erməni idmançı Azərbaycan himnini dinləməkdən imtina edib.

 

Fevralın 27-sində Bolqarıstanda keçirilən Beynəlxalq Boks Turnirində maraqlı hadisə baş verib. Keçirilən yarışda Azərbaycan idmançısı Elvin İsayev finalda Ermənistan təmsilçisi Samvel Barseqyanı məğlub edərək turnirin qalibi olub. Lakin Azərbaycan himni səslənərkən erməni boksçu fəxri kürsüyə qalxmaqdan imtina edib. 

 

Həmin görüntüləri diqqətinizə çatdırırıq.

 


Digər xəbərlər

Xəbər xətti