"İngiltərə ilə oyunda əla oyun göstərdik"

13:31 4 Aprel 2015

 “Danimarka qarşılaşdığımız ölkələr içində ən güclüsü idi”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun və 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərov deyib.

 

Elnur Cəfərov 19 yaşadək futbolçulardan ibarət milli komandamızın Fransada keçirilən Avropa Çempionatının elit-raundundakı çıxşını qiymətləndirib.

 

“Oyunların hamsı çətin keçdi. Baş məşqçi Nikolay Adam bizi müdafiədən oynadır, ək-hücumlarda sürtəli olmağı tapşırırdı. İlk oyunda Fransaya məğlub olandan sonra (2:0) ümidlərimizi İngiltərə ilə oyuna bağladıq.

İngiltərə ilə oyunda əla oyun göstərdik. Daha çox qol vəziyyətlərimiz oldu. Bəxtimiz gətirsəydi qalib gələ bilərdik. Nəzərə almaq lazımdır ki, İngiltərə millisində “Çelsi”, “Arsenal” kimi klubların futbolçuları vardı. Onlar ustalıq baxımından bizdən üstün oldu.

Son rəqibimiz olan Danimarka daha güclü idi. Deyərdim ki, Danimarka qarşılaşdığımız ölkələr içində ən güclüsü idi. Onlarla oyunda qapıçımız 2 penalti qaytardı. Əks halda daha böyük hesab ola bilərdi”. – deyə futbolçu bildirib.

 

Qeyd edək ki, milli komandamız elit-raundunda Fransa (2:0), İngiltərə (1:0) və Danimarkaya (3:0) məğlub olaraq qrup sonuncusu olmuşdu.


Xəbər xətti