Azərbaycanlı futbolçu oynadı, "Real Madrid" 9 qol vurdu - VİDEO

17:07 5 Aprel 2015

İspaniya La Liqasında 29-cu turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki,  Madrid “Real”ı öz meydanında milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi “Qranada”nı qəbul edib.

 

Görüş meydan sahiblərinin darmadağını ilə başa çatıb – 9:1. Kriştiano Ronaldo  beş qola imza atıb. 

 

Qeyd edək ki, E.İsrafilov matçın 56-cı dəqiqəsində meydana daxil olub. 


 

"Real" - "Qranada" - 9:1
Qollar:
 Qaret Beyl, 25 (1:0), Kristiano Ronaldo, 30, (2:0), 36 (3:0), 38, (4:0), Kərim Benzema, 52 (5:0), 54 (6:0), (7:0), Robert İbanez, 74 (7:1), Cieqo Mainz, 83-(ö.q)(8:1), Kristiano Ronaldo, 90 (9:1)  


Digər xəbərlər

Xəbər xətti