"Böyük Oyun"un bilet qiymətləri məlum oldu

17:06 6 Aprel 2015

Azərbaycan Premyer Liqasınının 29-cu turunda yenidən “Böyük Oyun” həyacanı yaşanacaq.

 

Sportarena.az xəbər verir ki, aprelin 9-da “Fırtınalar meydanı” adı verilmiş Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması böyük maraqla gözlənilir.

 

Azarkeşlər üçün ən maraqlı məsələ isə biletlərin qiyməti ilə bağlıdır.

 

Lənkəran klubundan sportarena.az saytına verilən məlumata görə bu oyun üçün biletlərin qiyməti 1 manat olacaq. 


Xəbər xətti