"Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması canlı yayımlanacaq

17:11 6 Aprel 2015

Azərbaycan Premyer Liqasınının 29-cu turunda yenidən “Böyük Oyun” həyacanı yaşanacaq.

 

Aprelin 9-da “Fırtınalar meydanı” adı verilmiş Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması böyük maraqla gözlənilir.

 

“Xəzər Lənkəran” klubundan sportarena.az saytına verilən məlumata görə, qarşılaşma “ağ-yaşıllar”ın “Youtube” portalındakı Xəzər-LənkəranTV kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Xəbər xətti