Eratlı "Fortuna" məğlub oldu

15:08 7 Aprel 2015

Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın çıxış etdiyi "Fortuna" klubu autsayer "Sankt-Pauli" ilə qarşılaşıb. Matç meydan sahiblərinin  0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat matçın 73-cü dəqiqəsindən etibarən meydanda olub.

 

Qeyd edək ki, "Fortuna" hazırda 39 xalla 7-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti