"Xəzər Lənkəran"lı futbolçuya 2 oyunluq cəza kəsildi

16:30 7 Aprel 2015

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərin çempionatının 27 və 28-ci turlarında baş vermiş intizamsızlıqlara qarşı cəzalar tətbiq edib.

 

 “İnter” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 23 №-li futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 1000 manat cərimə olunub.

 

AZAL –  “Qəbələ” matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 


Digər xəbərlər

Xəbər xətti