"Porto"nun futbolçusu "Xəzər Lənkəran"da forma geyinə bilər

18:47 7 Aprel 2015

Portuqaliyanın “Porto” futbol məktəbinin yetirməsi “Xəzər Lənkəran”da forma geyə bilər.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, futbolçunun oyunu “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov tərəfindən bəyənilib. Futbolçunun oyunları daha yaxından izlənildikdən sonra kluba gətirilib gətirilməməsi barədə qərar veriləcək.

 

“Xəzər Lənkəran”ın Portuqaliya yüksək liqasında çıxış edən daha bir futbolçu ilə maraqlandığı da tərəfimizə məlum olsa da, onun kimliyi və hansı klubda çıxış etdiyi haqda məlumat əldə edə bilmədik.

 

Qeyd edək ki, Mali çempionatında çıxış edən 2 futbolçusu da klubun transfer hədəfindədir.


Digər xəbərlər

Xəbər xətti