Rasim Ramaladanov: “Neftçi”yə qalib gəlmək gücündəyik"

11:45 8 Aprel 2015

“Biz “Neftçi” ilə oyuna qələbə üçün çıxacağıq. Əsas odur ki, heyətdə itkilərimiz yoxdur və 3 xalı qazana bilərik”. 
 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib. O, Topaz Premyer Liqasının 29-cu turunda “Neftçi”yə qarşı keçirəcəkləri “Böyük oyun”dan danışıb: “Öz azarkeşlərimiz önündə əzəli rəqibimizə qarşı yaxşı motivasiya olacağıq. Fanatlar bizə dəstək verməlidir. Yaxşı oyunla qalib gəlməliyik. Hər kəs gənclərlə oynadığımız üçün bizi şanssız sayır. Amma belə deyil. “Neftçi”yə qalib gəlmək gücündəyik. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Bu oyunda qazanacağımız qələbə qarşıdakı matçlara da təsir edə bilər”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aperlin 9-da saat 17:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti