"İnter"də daha bir itki

14:15 11 Aprel 2015

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi ilk oyun öncəsi "İnter" daha bir futbolçusunu itirib.

 

Sportarena.az xəbər verir ki, Aleksandr Amisulaşvili və Laşa Salukvadzedən əlavə daha bir müdafiəçi paytaxt derbisində forma geyə bilməyəcək.

 

Bu, Abdulla Abatsiyevdir. O, "Xəzər Lənkəran"a qarşı keçirdikləri son oyunda zədələnib. Gənc müdafiəçinin Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Bakı"ya qarşı da oynamayacağı bildirilir.

 


Digər xəbərlər

Xəbər xətti