Mavilər derbi öncəsi 2 futbolçusunu itirdi

14:15 12 Aprel 2015

“Mançester Siti” həmşəhərliləri “Mançester Yunayted”lə derbi oyunu öncəsi iki itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “şəhərlilər” Mançester derbisindən öncə hücumçuları - Vinfred Boni və Stefan Yovetiçin xidmətindən məhrum qalıb. Boni bir müddətdi davam edən zədəsini sağaltmadığından, Yovetiç isə məşq zamanı əzələsini dartdığına görə “qırmızı şeytanlar”la oyunu kənardan izləyəcək.

 

Mançester derbisi bu gün saat 20:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti