"Liverpul" Balotellini istəmir - Amerikaya gedir

15:14 12 Aprel 2015

"Liverpul" cari mövsümün sonunda hücumçusu Mario Balotelli ilə yollarını ayırmaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Express" xəbər yayıb. 
 
 

Buna səbəb kimi futbolçunun ona bəslənilən ümidləri doğrultmaması göstərilib. Bu mövsüm “Liverpul”da 25 rəsmi oyuna çıxan italiyalı forvard cəmi 4 dəfə fərqlənib ki, bu da bir hücumçu üçün həddən artıq aşağı göstəricidir. Futbolçu həm də intizamsızlığı ilə yadda qalıb.
 
 

Ötən  yay 20 milyon avro qarşılığında "Milan"dan transfer edilən 25 yaşlı futbolçu ABŞ-ın "Orlando Siti" klubundan təklif alıb.

 


Xəbər xətti