"Neftçi" və "Qarabağ" qələbə qazandı

20:49 13 Aprel 2015

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilkin oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqada çempionluq şansları tükənmək üzrə olan iki klub “Bakcell Arena”da qarşılaşacaq. “Neftçi”  öz meydanında “İnter”i qəbul edəcək. Bu cütdən hansı klubun qalib ayrılacağını təxmin etmək çox çətin olsa da, statistika “İnter”i fovarit qismində göstərir.

 

Günün ikinci görüşü “İnter Arena”da baş tutacaq. Məlum səbəblərə görə ev sahibliyi etdiyi stadionu dəyişmək məcburiyyətində qalan “Qarabağ” “Simurq”u qəbul edəcək. Bu görüş həm də iki klub arasında Azərbaycan Kubokunda ilk dəfə keçirilən oyun kimi yadda qalacaq. Son zamanlar oyununda eniş yaşıyan ağdamlıların hansı oyunu göstərəcəyi maraqla gözlənilir.

 

13 aprel (bazar ertəsi)
 

“Qarabağ” – “Simurq” 1:0

Qol: Cavid Tağıyev 15 (1:0)

“İnter Arena”

 

“Neftçi” – “İnter” 2:0

Qol: Nikolas Kanales 19, 71(2:0)

“Bakcell Arena”

 


Digər xəbərlər

Xəbər xətti