"Simurq" prezidenti: “Simurq”da böyük problem yoxdur” - MÜSAHİBƏ

16:10 13 Aprel 2015

“Simurq”un prezidenti Anar Bəkirov Qol.Az saytına müsahibə verib:

 

Sportarena.az həmin müshibəni diqqətinizə çatdırır:

 


- Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq”un ciddi maliyyə problemi ilə üzləşdiyi deyilir. Bu, nə dərəcədə doğrudur?

- Bizdə qeyd etdiyiniz kimi böyük problem yoxdur. Dünən futbolçular əvvəlki oyunlar üçün nəzərdə tutulan mükafatlarını aldılar. Komanda hər zamankı kimi məşqini edir, oyunlara da çıxır. Elə bir ciddi narahatlıq yoxdur. Bu söhbətlərin nədən yarandığını bilmirəm. 

- Həmçinin, futbolçuların iki aydır ki, maaş almadıqları da bildirilir. Maaşla bağlı hər hansı problem var?

- Xeyr, bizdə yalnız son bir ayın maaşı ödənilməyib. Onu da yaxın günlərdə həll edəcəyik. 

- Ümumiyyətlə, “Simurq”un aqibəti necə olacaq?

- Yəqin ki, bu ayın sonu hər şey öz yoluna düşəcək. Başqa cür ola bilməz. 

- Ola bilərmi klubu yeni sponsor öhdəsinə götürsün?

- Bunu da ayın sonunda biləcəyik. Ancaq komanda öz işi ilə məşğuldur. Hamı işinə davam edir. 

- Mövcud vəziyyət komandaya necə təsir edir?

- Biz bütün fikrimizi bu gün “Qarabağ”la keçiriləcək kubok oyununa yönəltmişik. İstəməzdim ki, futbolçuların da fikri başqa yerə yönəlsin. Bütün istəyimiz bugünkü oyunla bağlı olmalıdır. Digər məsələlərə sonra baxarıq. 

- Bugünkü oyunda komandanızdan nə gözləyirsiniz? 

- Məqsədimiz hər iki oyunda uğurlu nəticə qazanıb finala yüksəlməkdir. Futbolçularımız sona qədər mübarizə aparacaq ki, Zaqatalaya yaxşı nəticə ilə dönək.


Xəbər xətti