Kaxaber Sxadadze: "Mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq"

21:52 13 Aprel 2015

Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı meydança sahibinin qələbəsi ilə başa çatdı. Gərgin keçən ilk oyunda “Neftçi” 2-0 hesablı qələbə qazandı.

 

Sportarena.az xəbər verir ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyun barədə fikirlərini bölüşüb:

“Kubok oyunu çempionat oyunlarından fərqlənir. Səfərdə oynayan komanda üçün çox önəmlidir ki, ilk oyunda qol vursun. Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik. “Neftçi” şansından maksimum istifadə etdi, qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz indi bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq”.
 


Digər xəbərlər

Xəbər xətti