Əvəzedicilər də cəzalandırıldı

14:38 14 Aprel 2015

İntizam Komitəsinin bu gün iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqa iştirak edən klubların əvəzedici heyətlərinə aşağıdakı cəzalar kəsilib:

 

 “Xəzər Lənkəran” – “Neftçi” matçının 62-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 77 №-li futbolçusu Əli Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.

 

 “Qəbələ”–“Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.


Xəbər xətti