"Portu" "Bavariya"nı "soyuq duş"a saldı - VİDEO

11:03 16 Aprel 2015

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki,  Bu mövsüm heç bir matçda məğlubiyyətlə üzləşməyən "Portu" bu dəfə də Avropa nəhənglərindən olan “Bavriya”nı evə əliboş yola salıb. Matça əla başlayan və ilk on dəqiqədə Quarejmanın qolları ilə önə keçən “əjdahalar” qonaqlar tərindən bir dəfə məyus edilsə də, sonda üçüncü qolu da vuraraq tarixlərində ilk dəfə alman klubunu 3:1 hesabı ilə məğlub ediblər. Bu həm də onların ardıcıl onuncu qələbəsi olub. 

 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

"Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya) 3:1

Qollar: Rikardo Quarejma 3-Pen, 10 (2:0), Tiaqo Alkantara 28 (2:1), Cekson Martines 65 (3:1)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

 

 


Digər xəbərlər

Xəbər xətti