Maykl Felps daha bir olimpiadada iştirak qərarı verib

16:32 16 Aprel 2015

ABŞ-ın üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış etmək istədiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı idmançı gələn ili səbirsizliklə gözlədiyini söyləyib.

"Düşünmürəm ki, nə üçün böyük idmana qayıtdığımı anlamaq çox çətindir", deyə Felps bildirib. O, istəyini həyata keçirsə, karyerasında 5-ci dəfə olimpiada həyəcanı yaşayacaq.

 

Qeyd edək ki, Maykl Felps idman tarixində 18 qat olimpiya çempionu və Oyunlar tarixində mükafat sayında (22) mütləq rekordçu olmağı bacaran yeganə idmançıdır. Felps 2014-cü ilin oktyabrında içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün ABŞ Üzgüçülük Federasiyası tərəfindən yarım illik diskvalifikasiyaya məruz qalıb. Federasiya rəhbərliyi ilə anlaşmasına əsasən, o, üzgüçülük növləri üzrə dünya çempionatından imtina edib. Çempionat 24 iyuldan 16 avqustadək Rusiyanın Kazan şəhərində keçiriləcək. (report)

 


Digər xəbərlər

Xəbər xətti