"Qəbələ", "Qarabağ" və "İnter" qələbə qazandı, AZAL "Sumqayıt"la bacarmadı

21:49 17 Aprel 2015

Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.

 

Turun mərkəzi oyununda “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Son oyunlarda rəqib tanımayan Roman Qriqorçukun yetirmələri Bakıya böyük ümidlərlə gəlib. Kubok və Premyer Liqada mübarizə aparan “Neftçi” isə bu görüşə böyük itkilərlə çıxacaq. Oyun avrokuboklara vəsiqə qazanmaq baxımından həledicidir.

 

Autsayder “Bakı” öz meydanında ikincilik üçün mübarizə aparan “İnter”i qəbul edəcək. Son iki oyunda məğlub olmuyan bakılıların “bankirlər”lə görüşdə hansı nəticəni göstərəcəyi maraqla gözlənilir.

 

Qeyri-sabit çıxışı ilə seçilən AZAL öz meydanında son 12 görüşündə qələbənin nə olduğunu bilməyən “Sumqayıt”la qarşılaşacaq. Heç bir ciddi əhəmiyyəti qalmayan oyunun sönük keçəcəyi gözlənilir. “Təyyarəçilər” oyunun favoriti sayılsa da, gənclik şəhəri təmsilçilərinin də sürpriz edəcəyini gözləmək olar.

 

Turun daha bir vacib qarşılaşması Zaqatalada baş tutacaq. Azərbaycan Kubokunun yarımfinalında rəqib olan iki klub – “Simurq” və “Qarabağ” bu dəfə Premyer Liqada güclərini sınayacaq. Son zamanlar gərgin qrafikdən şikayətlənən Qurban Qurbanovun yetirmələrinin bu oyunda qələbə qazanması çempionluq yolunda böyük addım ola bilər. Məğlubiyyət “Simurq”u avrokuboklara vəsiqə verən yerdən məhrum edə bilər.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” bu tur istirahət edəcək.

 

17 aprel (cümə)

“Bakı” – “İnter” 1:2

Qol: Delis Mezakolli 10 (0:1), Əfran İsmayılov 55 (0:2), Nurlan Novruzov 90+3 (1:2)

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

AZAL – “Sumqayıt” 1:1

Qol: Valeri Kutsenko 75 (1:0), Məhəmməd Qurbanov 90+1 (1:1)

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
“AZAL Arena”

“Simurq” – “Qarabağ” 0:2

Qol: Muarrem Muarrem 18, 81 (0:2)

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zaqatala şəhər stadionu

“Neftçi” – “Qəbələ” 1:3

Qol: Aliksey Qay 24 (0:1), Kanales 44 (1:1), Cavid Hüseynov 50 (1:2), Viktor Mendi 86 (1:3)

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bakcell Arena“


Xəbər xətti