Azərbaycanlı milyarder “Beşiktaş” fanatlarını qəzəbləndirdi

18:35 17 Aprel 2015

Azərbaycan əsilli iş adamı Rza Zərrabın “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Ormanla nahar edəndən sonra klubun bazasını gəzməsi klubun azarkeşlərini qəzəbləndirib.

 

Sportarena.az xəbər verir ki, klubun bütün dünyada məşhur olan fanatik “Çarşı” tərəfdar qrupu öz Twitter hesabından bu görüşə qarşı olduğunu açıqlayıb.

 

Tərəfdarlar 2013-cü ilin dekabr ayında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarını xatırladaraq Rza Zərrabın da təqsirləndirilən şəxslərdən biri olduğuna diqqət çəkiblər.

 

Fan-klub üzvləri belə bir insanın “Beşiktaş”la bağlı olmasına etiraz etdiklərini bildiriblər. Onlar R.Zərrabı oğurluqda və korrupsiyada ittiham ediblər. (virtualaz)

 


Xəbər xətti