"Neftçi" Flavinyonu mövsümün sonuna qədər itirdi

13:05 19 Aprel 2015

“Neftçi” klubunun oyun qurucusu Flavinyonun “Xəzər Lənkəran”la oyunda ciddi zədə aldığını xəbər vermişdik.

 

Sportarena.az saytı xəbər verir ki, futbolçu üçün artıq mövsüm bitmiş sayıla bilər.

 

Bu barədə “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov “Qəbələ” – “Neftçi” matçından sonra jurnalistlərə məlumat verib.

 

Qeyd edək ki, futbolçu ikili mübarizə zamanı ayağından zədə almışdı.


Xəbər xətti