Dadaşov üçün 15 dəqiqə, "Saarbryuken" məğlub oldu

16:10 19 Aprel 2015

Almaniyada Cənub-qərb regional liqasının 29-cu turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbryuken" doğma meydanda Trir "Ayntraxt"ını qəbul edib. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov matçın 75-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Saarbryuken" hazırda 60 xalla ikinci pillədə qərarlaşıb.

 


Xəbər xətti