Ronaldodan möhtəşəm rekord

16:24 19 Aprel 2015

İspaniya La Liqasının 31-ci turunda keçirilən "Real" - "Malaqa" matçı meydan sahiblərinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu matçın 90+2-ci dəqiqəsində qol vuraraq tarixi rekorda imza atıb. 

O, cari mövsümdə bütün turnirlərdə vurduğu qol sayını  50-ə çatıdırb.

Bununla da Ronaldo İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, 30 yaşlı forvard “Real”a transfer olunandan yalnız bir mövsüm 50 qolluq həddi keçə bilməyib. O, 2009/2010 mövsümündə  33 qol vurub. (qol)

 


Xəbər xətti