İdmançımız qazandığı pulu orduya bağışlayacaq

12:11 20 Aprel 2015

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq. 
 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə Z.Səmədov özü məlumat verib. "Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!", - Zabit Səmədov deyib.

Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 

Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.

 


Digər xəbərlər

Xəbər xətti