Türk futbolçudan acı etiraf: "Azərbaycandakı hakimlərin “Neftçi”yə aşkar simpatiyası var"

12:54 20 Aprel 2015

Azərbaycan Premyer Liqasında çıxış etmiş Ender Günlü “SportArena.Az” saytı ilə əlaqə saxlayaraq, maraqlı fikirlər səsləndirib. “Turan” və AZAL-da çıxış etmiş futbolçunun dediklərini sizə təqdim edirik:

 

“Azərbaycanı tərk edəndən sonra sizin çempionatı izləyirəm. Sizin komandaların yaxşı bazaları və maddi imkanları var. Amma “Xəzər Lənkəran”, “Neftçi” və “Simurq” kimi komandalar nədənsə böhran yaşadıqları hiss olunur”

 

Hazırda İsveçrənin “Lancy” klubunda çıxış edən Ender “Neftçi”nin də bostanına daş atdı:

“Azərbaycan çempionatında hakimlərin səhvləri də çox tez-tez diqqət çəkir. Amma belə səhvlər çox vaxt “Neftçi”nin xeyrinə edilir. Orada hakimlərin “Neftçi”yə aşkar simpatiyası var.”

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti