İngiltərədə BİABIRÇILIQ: Ulduz futbolçuların intim görüntüləri oğurlandı

16:01 20 Aprel 2015

Premyer Liqada çıxış edən ulduz futbolçuların intim kasetləri oğurlanıb.

 

SportArena.az xəbər verir ki, ləl-cəvahirat oğrularının “Hatton Garden“də soyğunu zamanı kassadan İngiltərə Premyer Liqasının ulduzlarının intim görüntülərinin də götürüldüyü iddia edilir. İngiltərənin ən böyük soyğunu hesab edilən hadisədə kasetdə intim video və fotoların olması ulduz futbolçuları qorxudub.

 

Xatırladaq ki, 2011-ci ildə "Mançestr Yunayted"in əfsanə futbolçusu Ryan Giggsin qardaşı Rhodrinin arvadı Nataşa ilə səkkiz illik münasibəti ortaya çıxdıqdan sonra iki qardaş dörd il danışmayıb.


Digər xəbərlər

Xəbər xətti