VİDEO "TOP TOP" - "Bu cür bilet paylamaqla stadiona azarkeş yığmaq mümkün deyil"

17:33 21 Aprel 2015

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib.

 

SportArena.az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Əfqan Talıbov, futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov və "Sektor 11" azarkeş qrupunun rəhbəri Atanur Cəfərli olub. "TOP TOP"da "Neftçi"də baş verən son dəyişikliklərdən, Premyer liqa oyunlarından və milli komandamızın baş məşqçisi Robert Prosineçkidən danışılıb. 
Qeyd edək ki, "TOP TOP" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın aprelin 20-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti