Arif Əsədov: "Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi"

21:40 21 Aprel 2015

“Qarabağ”ın ardından “Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. İlk yarımfinal oyununda “İnter”i 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1-2 məğlub olmasına baxmayaraq, finala adladı. 

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):“İlk oyundakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki cavab oyununun çətin keçəcəyini bilirdik. Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti